ÜST: Hindistanda quş qripinə yoluxma faktı aşkarlanıb

   ÜST:    Hindistanda quş qripinə yoluxma faktı aşkarlanıb
  12 İyun 2024    Oxunub:814
Hindistanda quş qripi A(H9N2) virusuna yoluxma halı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
Qeyd olunur ki, Hindistan hakimiyyəti bu təhlükəli virusa yoluxma hadisəsi ilə bağlı ÜST-yə mayın 22-də məlumat verib. Xəstəliyə uşaq yoluxubmuş və o sonradan sağalaraq xəstəxanadan buraxılıb.

"Hazırda mövcud məlumatları nəzərə alaraq, ÜST bu virusun ictimai sağlamlıq üçün yaratdığı cari riski aşağı səviyyədə qiymətləndirir", - təşkilatın məlumatında qeyd edilib.

Hindistanda ilk dəfə 2019-cu quş qripinə yoluxma omuşdu. Bu isə artıq ikinci hadisə sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Virus  





Xəbər lenti