Paşinyan sülh sənədindən danışdı: “Yalnız son düzəlişlər qalıb”

   Paşinyan sülh sənədindən danışdı:    “Yalnız son düzəlişlər qalıb”
  12 İyun 2024    Oxunub:1168
Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsindən danışıb.
O, parlamentdə jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, Azərbaycanla imzalanacaq sülh müqaviləsinə dair sənədə yalnız son düzəlişlər qalıb.

“Xalq hakimiyyət dəyişikliyi istəyirsə, iqtidar dəyişəcək” - Paşinyan
"Bizim qiymətləndirməmizə görə, sülh müqaviləsinin mətni kifayət qədər yetkindir. Yalnız son ştrixləri aydınlaşdırmaq, əvvəllər əldə edilmiş razılaşmalar əsasında son formanı ortaya qoymaq və imzalamaq qalıb", - Paşinyan deyib.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bir ay ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etmişdi. İyunun 4-də isə Ermənistan Xarici İşlər Nazirliyi rəsmi Bakının son təkliflərinə cavab olaraq İrəvanın müqavilənin mətninin doqquzuncu hissəsini Azərbaycana təhvil verməsi barədə məlumat yayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sülh  





Xəbər lenti