ABŞ Ukraynaya 1,5 milyard dollar yardım ayırır

   ABŞ Ukraynaya 1,5 milyard dollar yardım ayırır
  15 İyun 2024    Oxunub:704
ABŞ Ukraynanın müharibəsi nəticəsində sıradan çıxmış enerji sektorunun bərpası və humanitar böhranın aradan qaldırılması 1,5 milyard dollar həcmində yardım paketi nəzərdə tutur.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harrisin ofisi bəyanat yayıb.

Yardımın 500 milyon dolları enerji təchizatı, 324 milyon dolları enerji infrastrukturunun təmiri, 380 milyon dolları isə müharibədən zərər çəkmiş insanlara ərzaq və tibbi yardım üçün ayrılacaq.
Dünya liderləri Ukrayna Sülh Sammitinə toplaşırlar

Eyni zamanda, İsveçrədə keçirilən Ukrayna Sülh Sammitinə gələn Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və sammitin plenar iclasında nitq söyləyəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   yardım   sülh-sammiti  





Xəbər lenti