"30 Seconds to Mars" qrupu ilk dəfə Bakıda çıxış edəcək

   "30 Seconds to Mars" qrupu ilk dəfə Bakıda çıxış edəcək
  15 İyun 2024    Oxunub:1826
Məşhur art-rok qrupu dünya turnesi çərçivəsində ilk dəfə Bakıda konsert verəcək
AzVision.az xəbər verir ki, konsert 2024-cü il oktyabrın 22-də Milli Gimnastika Arenasında keçiriləcək. Biletlər iyunun 11-dən satışa çıxarılacaq.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindən olan, art-rok üslubunda ifa edən “30 seconds to Mars” 1998-ci ildə Cared və Şennon Leto qardaşları tərəfindən yaradılıb.

Qrupun debüt albomu “30 Seconds to Mars” (2002) uğurlu olmasa da ikinci “A Beautiful Lie” (2005) çox məşhurluq qazanıb.

Qrup, fəlsəfi və dini, konseptual albomlar və eksperimental musiqidən istifadə edərək, müxtəlif janrların elementlərinin birləşməsi ilə tanınır. “30 Seconds to Mars” karyerasında “Ginnes” rekordu da daxil olmaqla, çox sayda mükafat qazanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti