Putinin Kim Çen Inlə danışığı 1,5 saatdan çox davam edib

 Putinin Kim Çen Inlə danışığı 1,5 saatdan çox davam edib
  19 İyun 2024    Oxunub:1235
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə danışıqlar 1,5 saatdan bir qədər çox davam edib.
Kim Çen In Putinlə danışıqlara başlayarkən Rusiyanın dünyada strateji tarazlığın qorunmasında rolunu qeyd edib. O qeyd edib ki, KXDR Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir və iki ölkə arasında münasibətlər yeni çiçəklənmə dövrünə qədəm qoyur.

Qeyd edək ki, iki liderin qısa açılış bəyanatlarından sonra görüş mətbuata qapalı davam edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti