Kim Çen İn Putinə orden verib

   Kim Çen İn Putinə orden verib
  20 İyun 2024    Oxunub:587
Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfəri çərçivəsində bu ölkənin ali mükafatı sayılan "Kim İr Sen" ordeninə layiq görülüb.
AzVision.az xəbər verir ki, paytaxt Pxenyanda keçirilən mükafatlandırma mərasiminə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazirin birinci müavini Denis Manturov, müdafiə naziri Andrey Belousov, Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora qoşulublar.

KXDR lideri Kim Çen İn mükafatı Vladimir Putinə şəxsən təqdim edərək:

"Orden dövlətimiz və xalqımızın iki ölkə arasında münasibətlərin inkişafında xüsusi xidmətlər göstərmiş Putinə sonsuz hörmət və etimadının əlaməti kimi verilir", - söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Şimali-Koreya   prezident   orden  





Xəbər lenti