Model Pipko Respublikaçılar Partiyasının mətbuat katibi oldu

Model Pipko Respublikaçılar Partiyasının mətbuat katibi oldu
  20 İyun 2024    Oxunub:898
Sovet əsilli amerikalı rəssam Mark Klionskinin nəvəsi, 28 yaşlı model Elizabet Pipko ABŞ-nin Respublikaçılar Partiyasının mətbuat katibi təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Amerika mətbuatı yazıb ki, əgər Donald Tramp seçkidə qalib gəlsə, Pipko Ağ Evin yeni rəsmi nümayəndəsi ola bilər. Onun əri Darren Centinello da Trampın seçki qərargahında işləyir.

Qeyd edək ki, Elizabetin ailəsi ABŞ-yə Minskdən köçüb. Onun yəhudi kökləri olduğu bildirilir. Pipko uşaq ikən fiqurlu konkisürmə ilə fəal məşğul olub və yarışlarda da iştirak edib. Lakin 15 yaşında zədə aldığı üçün idmanı tərk etməli olub.

Bunun əvəzinə Elizabet ona kifayət qədər uğur gətirən modellik karyerasına başlayıb. Pipkonun fotoları "Harper's Bazaar", "Grazia" və başqa məşhur jurnalların bəzəyinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti