F-16-lar Ukraynaya bu yay çatdırılacaq - "The Guardian" detalları açıqladı

  F-16-lar Ukraynaya bu yay çatdırılacaq  - "The Guardian" detalları açıqladı
  20 İyun 2024    Oxunub:1455
"Hollandiya Hərbi Hava Qüvvələrinin komandanı, general Arnu Stolman F-16 qırıcılarının Ukrayna səmasında bu yay görünməyə başlayacağını deyib".
Bu fikirlər "The Guardian"da dərc olunan məqalədəndir.

Nəhayət ki, Ukrayna müharibəsində F-16 işə salınır - "Politico"
Nəşr xatırladıb ki, artıq bir ildən çoxdur ki, Belçika, Danimarka, Hollandiya və Norveç Kiyevə 80-ə yaxın ABŞ istehsalı olan güclü F-16 döyüş təyyarəsi verəcəyini vəd edib. Ancaq təyyarələrin çatdırılması pilot təlimlərindəki gecikmələr səbəbindən reallaşa bilmir.

Generalın sözlərinə görə, bu müasir və bahalı təyyarələrin idarə olunması, saxlanılması üçün pilotların və heyətin hazırlanması prosesi asan olmayıb.

"Təkcə pilotların təlimə ehtiyacı olmur. Texniki işlərə baxan mütəxəssislər və F-16-lara qulluq edəcək şəxslərin də təlimlərə ehtiyacı var. Biz onlara hərtərəfli dəstək göstərir, təlimlər təşkil edirik ki, ukraynalılar təyyarəyə effektli qulluq göstərə bilsinlər. Ona görə də hər şey üst-üstə düşməlidir", - general deyib.

Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren də qırıcıların Ukraynaya bu yay çatdırılacağını deyib. Nazir ukraynalıların pilot təlimləri ilə bağlı gecikmələrə sərt reaksiya göstərmələrindən də danışıb: “Ukraynanın bu mövzuda olan narazı mövqeyini tamamilə anlayıram. Onlar bunu mümkün qədər tez reallaşdırmaq istəyirlər. Biz isə layihəni bacardığımız qədər tez həyata keçiririk. F-16 həqiqətən Ukrayna Hərbi Hava Qüvvələrinin indiyədək istifadə etdiyi sistemlərdən daha mürəkkəbdir".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   F-16  





Xəbər lenti