HƏMAS-ın snayper komandiri öldürülüb - VİDEO

   HƏMAS-ın snayper komandiri öldürülüb -    VİDEO
  20 İyun 2024    Oxunub:787
İsrail Hərbi Hava Qüvvələrinin aviazərbəsi nəticəsində HƏMAS terror təşkilatının "Nüxbə" dəniz qrupuna mənsub yüksəkrütbəli snayper komandiri Əhməd Həsən Səlmi Əs-Səvarxa zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sözügedən komandir 7 oktyabrda İsrailə qarşı ilk zərbədə, eləcə də Qəzza zolağındakı Beyt-Hanun şəhərində həyata keçirilən snayper hücumlarında fəal iştirakı ilə seçilib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   HƏMAS   komandir   snayper  





Xəbər lenti