CNN-nin növbəti səhvi

CNN-nin növbəti səhvi
  07 İyul 2014    Oxunub:1045
Bu dəfə telekanal Slavyansk şəhərini Rusiya ərazisi kimi təqdim edib.
CNN telekanalı xəbər blokunun efirində Ukrayna xəritəsini göstərərkən Slavyansk şəhərini Krımın tərkibində Rusiya ərazisi kimi qeyd edib.

Sözügedən yanlış xəritə, efirdə Slavyansk və Kramatorsk şəhərlərinin qismən Ukrayna hökumət qüvvələrinin nəzarəti altına keçdiyi xəbəri təqdim olunarkən göstərilib.

Qeyd edək ki, hər iki şəhər Donetsk vilayətində yerləşir. Aralarındakı məsafə cəmi 18 kilometr olduğu halda süjetdə bu məsafə 450 kilometr göstərilib.

Bu arada,Ukrayna tərəfi Slavyansk və Kramatorsk şəhərlərini tam nəzarət altına aındığını bəyan edib.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti