Helikopter qəzaya düşdü: 16 hərbçi öldü

Helikopter qəzaya düşdü: 16 hərbçi öldü
  07 İyul 2014    Oxunub:960
Vetnamda “Mi-171” tipli helikopter qəzaya düşüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Paytaxt Hanoy yaxınlığında baş verən qəza nəticəsində 16 hərbçi öldürülüb, daha beş nəfər isə yaralanıb. Havaya qalxdıqdan 15 dəqiqə sonra helikopter yaşayış məntəqəsi yaxınlığında yerə çırpılıb. Hadisə nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib. Hazırda hadisə yerində xilasedicilər işləyir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti