“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb

“Baku Open - 2024” turnirində iştirak edəcək şahmatçı sayı açıqlanıb
  24 İyun 2024    Oxunub:1196
Bakıda növbəti dəfə “Baku Open - 2024”də beynəlxalq turniri keçiriləcək
AzVision.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnirdə ölkəmizlə yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağı altında yarışan iti zəka sahibləri çıxış edəcəklər.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri “Baku Open - 2024” beynəlxalq şahmat festivalında mübarizə aparacaqlar.

Yarışın açılış mərasimi iyunun 29-u saat 14:30-da Bakı İdman Sarayında baş tutacaq. Festivalın ümumi mükafat fondu 50 000 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti