Eduard Şevardnadze vəfat etdi

Eduard Şevardnadze vəfat etdi
  07 İyul 2014    Oxunub:968
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze 87 yaşında vəfat edib.

AzVision.az xəbər verir ki, E.Şevardnadze Tiflisdəki evində dünyasını dəyişib.

1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri olub.

1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.

2003-cü ildən sonra özünün Tiflisdəki evində yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. "Gürcü arzusu" koalisiyasının siyasətini dəstəkləyib.

2006-cı ildə gürcü dilində onun "Gələcək və keçmiş haqqında düşüncələr" adlı memuarları dərc edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti