Güləşçilərimiz Avropada 4 medal qazandı

Güləşçilərimiz Avropada 4 medal qazandı
  25 İyun 2024    Oxunub:1934
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
AzVision.az xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Əmrah Əmrahov (48 kiloqram) finalda rusiyalı Nikolay Kristova sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub və gümüş medalla kifayətlənib.

Əli Nəzərov (55 kiloqram) ukraynalı Daniil Suşçenkoya 7:3 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olub.

Orxan Hacıyev (80 kiloqram) ilk hissədə moldovalı Nikita Apostolla (9:0) dueldən qalib ayrılmaqla fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Mikayıl İsmayılov (110 kiloqram) isə belaruslu Daniil Maslakovu 4:1 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə milli komanda qitə birinciliyinə 1 gümüş və 3 bürünc medalla başlayıb.

AzVision.az


Teqlər: idman   güləş   çempionat   medal  





Xəbər lenti