Saakaşvili Şevarnadzenin ölümünə kədərləndi

Saakaşvili Şevarnadzenin ölümünə kədərləndi
  07 İyul 2014    Oxunub:1119
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilli həmkarı Eduard Şevardnadzenin ölümü ilə bağlı ailəsinə və yaxınlarına başsağlığı verib.
AzVision.az xəbər verir ki, Saakaşvili başsağlığında Eduard Şevardnadzenin Gürcüstan tarixindəki rolundan danışıb:

`Şevardnadze Sovet imperiyası və müasir Gürcüstanın tarixində önəmli fiqurlardan biridir. Onun tarixdəki rolu barədə tarixçilər hələ çox sonralar da tədqiqatlar aparacaqlar`.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bu gün vəfat edib. E.Şevardnadze Tiflisdəki evində dünyasını dəyişib.

1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri olub.

1995-2003-cü illərdə Gürcüstan Respublikasının prezidenti olub.

2003-cü ildən sonra özünün Tiflisdəki evində yaşayıb. O, Mixail Saakaşvilinin siyasətini tənqid edib. "Gürcü arzusu" koalisiyasının siyasətini dəstəkləyib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti