"Sabah" klubu loqosunu yeniləyib

Əvvəlki variantdakı kənar xətlərin sayı azaldılaraq, loqo sadələşdirilib.
"Sabah" adı altında fəaliyyət göstərən bütün klublar bu vahid loqo ilə təmsil olunacaq.
Loqodakı bayquş müdriklik və intellekti simvolizə edir. Günəş - yeni gün, yeni ümid və gələcəyin nişanıdır. Qalxan - cəsarət, inam və məğlubedilməzlik simvoludur. Çəhrayı rəng isə Masazır gölünün rəngini özündə əks etdirir.
AzVision.az