Depardye Moskvada restoran açdı

Depardye  Moskvada restoran açdı
  07 İyul 2014    Oxunub:1237
Fransadakı vergi sistemindən şikayət edərək Rusiya vətəndaşlığına keçən Jerar Depardye Moskvada restoran şəbəkəsinə qoşulur.
AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, jurnalistlərə açıqlama verən Depardye `Jerar` adı verəcəyi restoranda Rusiya və Fransa mətbəxinin fərqli təamlarının yer alacağını bildirib.

`Komsomolskaya Pravda` qəzetinin yazdığına görə, Depardye Parisdə 3, Belçikada isə 1 restorana sahibdir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin fransalı aktyor Jerar Depardye Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Sevinc


Teqlər:  





Xəbər lenti