Gürcüstan millisinə 10 milyon verildi

 Gürcüstan millisinə 10 milyon verildi
  28 İyun 2024    Oxunub:1148
Avro-2024-də 1/8 finala vəsiqə qazanmaqla növbəti dəfə tarix yazan Gürcüstan millisinin futbolçuları müfakatlandırılıb.
AzVision.az xəbər verir ki, yığma üzvlərinə ümumilikdə 30 milyon lari (10 milyon dollardan bir qədər artıq) verilib.

1/4 finala vəsiqə qazanacağı halda, komandanı eyni məbləğdə müfakat gözləyir.

“Qrupdan çıxmağa görə vəd olunmuş 30 mln komandaya təqdim edilib. Milli üzvləri ilə görüşdə xatırladıldı ki, növbəti oyunun mükafatı da bu qədərdir”, - deyə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Xatırladaq ki, Gürcüstan millisi 1/8 finalda iyunun 30-da İspaniya ilə qarşılaşacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti