Ruslar Koreya mərmilərini 50-ci illərin topları ilə atırlar - FOTO

   Ruslar Koreya mərmilərini 50-ci illərin topları ilə atırlar    - FOTO
  28 İyun 2024    Oxunub:1055
İnternetdə rus hərbçilərinin M-46 tipli toplardan atəş açmaq üçün Şimali Koreya istehsalı olan 130 mm-lik "OF-428M" mərmilərindən istifadə etməsini əks etdirən görüntülər yayılıb.
“Defense Express”in yaydığı məlumata görə, son altı ayda rusların 1950-ci illərdə istehsal edilmiş M-46-lardan istifadə etməsinin özü də geniş müzakirələrə səbəb olub.

Putin Şimali Koreyaya niyə gedir? - Pxenyan Moskvaya 5 milyon mərmi ötürüb
Bu toplar 130 millimetrlik xüsusi kalibrinə görə Rusiya ordusu üçün bir qədər fərqli artileriya sayılır.

Analitiklər qeyd edirlər ki, 2022-ci ilin əvvəlində ruslar M-46-dan ümumiyyətlə istifadə etməyiblər. "Military Balance" 2023-cü ildə yazıb ki, keçən ilin əvvəlində Rusiya Federasiyasındakı saxlanma bazalarında yalnız 350 bu tip silah olub.

“Defence Express” həmçinin yazıb ki, Rusiya ordusu ukraynalı əsgərlərin uğurlu əməliyyatları səbəbindən xeylis ayda artilleriya itkiləri verdiyi üçün belə nadir silahlardan istifadə etmək qərarına gəlib: "Ancaq belə görünür ki, bu nadir silahlar xidmətə qaytarılandan sonra ruslar ona uyğun sursatla bağlı problemlər yaşayıblar. 130 mm kalibr Rusiya ordusu üçün standart mərmi sayılmadığı üçün, çətin ki, müvafiq sursatlar bu ölkədə kütləvi şəkildə istehsal olunsun".

Xatırladaq ki, "Bloomberg" nəşri bir müddət öncə Şimali Koreyanın Rusiyaya konteynerlər göndərməsi barədə məlumat yaymışdı. Qeyd edilir ki, konteynerlərin içərisində 5 milyon artilleriya mərmisi olub.

Tural Tağıyev

AzVision.az



Teqlər:   Top   Mərmi  





Xəbər lenti