Azərbaycanın daha bir bokçusu finala yüksəlib

Azərbaycanın daha bir bokçusu finala yüksəlib
  29 İyun 2024    Oxunub:1297
Azərbaycanın daha bir boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmələr arasında Avropa çempionatında finala yüksəlib.
Belə ki, 48 kiloqramda çıxış edən Nihat Qasımov Filip Stanoyeviçi (Serbiya) məğlub edib. O, 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gəlib və həlledici döyüşə yüksəlib.

Aylin Nəzərova (48 kiloqram) yarımfinalda italiyalı Giorgia La Rosa ilə, Əminə Tağı (52 kiloqram) Maria Semeniçiçlə (Rumıniya) qarşılaşıb. Finala rəqib vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə də finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti