Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

Avro-2024: İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib
  29 İyun 2024    Oxunub:1079
Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib
AzVision.az xəbər verir ki, günün ilk oyununda İsveçrə və İtaliya yığmaları qarşılaşıblar. Berlin Olimpiya Stadionunda oynanılan görüş isveçrəlilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 37-ci dəqiqədə Remo Freuler və 46-cı dəqiqədə Ruben Varqas vurub.

Bununla da İsveçrə seçməsi adını 1/4 finala yazdırıb.

Günün ikinci matçında Almaniya millisi Danimarkanı sınağa çəkir. Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılan qarşılaşmada hələki qol səsi yoxdur .

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti