“Korrupsiyaya qarşı sərt mübarizə davam etdiriləcək”

“Korrupsiyaya qarşı sərt mübarizə davam etdiriləcək”
  19 Aprel 2013    Oxunub:2313
Davamı. Əvvəli burada

Detektor:
- Kamran müəllim, suallarımıza cavab verməyə razılaşdığınız üçün minnətdaram!! Əlinizi ürəyinizin üstünə qoyub, deyə bilərsiniz: heç rüşvət almısınızmı?.. Və ya heç rüşvət vermisinizmi?..



- Çox həssas sualdır. Bu sual daim verilir. Qeyd etmək istərdim ki, bir çox ölkələrdə korrupsiyaya qarşı mübarizə idarəsinə təyinatlar aparılanda yalan detektorundan istifadə olunur.
Təbii ki, mənim cavabım “xeyr”-dir.


Ramil E.:
- Azərbaycanda rüşvətin dövriyyəsi nə qədərdir?.. Təxmini də olsa, rəqəm varmı?..



-Latent cinayətlərdir bu cinayətlər. Ona görə də, bunun dövriyyəsini müəyyən etmək bir qədər çətindir. Çünki, bu cinayətlərin çoxu barədə şəxslər arasında sövdələşmələr olur və ona görə də bunun dövriyyəsi barədə mən dəqiq məlumat söyləmçəkdən çəkinirəm.


Elgun:
- Kamran müəllim, Azərbaycan hər il “Transparency international” təşkilatının indeksində aşağı yerlərdə olur. Sizcə, buna səbəb nədir?



-Səbəb müxtəlif ola bilər. Əvvəla “Transparency international” təşkilatında Azərbaycan son dövrlərdə irəliyə doğru hərəkət edir və tendensiyamız bizim irəli getməkdir.

Ölkədə görülən tədbir öz əksini tapır. İkinci bir məsələ də deyim ki, “Transparency international” təşkilatında meyarlar kifayət qədər subyektivdir.

Yəni orda vahid meyar yoxdur. Ümumiyyətlə, korrupsiyanın səviyyəsini müəyyən etmək bir qədər çətin bir missiyadır.

Bununla bağlı hesab edirəm ki, bizim həyata keçirdiyimiz tədbirlər yaxın vaxtlarda öz nəticəsini verəcək. Çünki, bayaq qeyd etdiyim kimi irəliləmə mövcuddur və növbəti hesabatlarda hesab edirəm ki, bizim mövqeyimiz orda daha da irəlidə olacaqdır.


Mahir Ağayev:
- Sizcə, dövlət məmuruna nə qədər maaş verilməlidir ki, rüşvət almasın?..



-Təbii ki, maaşlar, əmək haqqları yüksək olmalıdır ki, hər bir vətəndaşın, onun ailəsinin tələbatını ödəsin. Amma konkret olaraq nə qədər mən bilmirəm.

Bilirsiniz, burda başqa məsələlər var. Yəni tələbat var. İnsanın tələbatı var. İnsan var ki, min manatla da öz tələbatını ödəyə bilər. İnsan da var, tələbatları bir qədər normadan kənara çıxan tələbatlardır.
Mən nəyi demək istəyirəm, insan var ki, yalnız avtomobili vasitə kimi istifadə etmək, minib işə getmək, ailəsi ilə gəzməkdə istifadə edir. İnsan da varki, avtomobil onun üçün başqa funksiya daşıyır. Artıq o insanın tərbiyəsindən, mədəniyyətindən irəli gəlir. Ona adi maşın lazım deyil, ona bir qədər bahalı maşın lazımdır, əlavə funksiyaları olan.

İnsan var ki, yeməyini evdə yeyir, insan varki bahalı restoranlara getmək istəyir. Ona görə, tək burda əmək haqqından asılı deyil, insan faktorundan asılıdır. Məsələn, insan var ki, 1min manat maaş verərsən, o ona kifayət edər, insan da var ki, 5 min manat verərsən, o ona kifayət etməz. Yəni bu faktor da var.

Sərxan:

- Kamran bəy, salamlar. Korrupsiyaya qarşı mübarizədə sadə vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması mühüm rol oynayır. Bununla bağlı hansı tədbirlər görülür?



- Bizim bu sahədə, yəni rəhbərlik etdiyim idarədə, preventiv, yəni qabaqlayıcı tədbirlər və təhqiqat şöbəsi var. Həmin şöbə bu işlərlə məşğul olur.

Biz konkret olaraq kütləvi informasiya vasitələrində çıxışlar edirik, müvafiq bukletlər və kitabçalar hazırlayırıq və eyni zamanda bir neçə qeyri-hökumət təşkilatları var, hansı ki, onlar bilavasitə bu sahədə maarifləndirməklə məşğul olurlar.
Biz onlarla əməkdaşlıq edirik və özfəaliyyətimiz zamanı əldə etdiyimiz nə ki nailiyyətlər var, yəni vətəndaşların o hallar barədə məlumatlandırılmasına ehtiyac var, həmin məlumatları QHT-lər, vətəndaş cəmiyyətləri resursları vasitəsilə vətəndaşlara çatdırırıq. Eyni zamanda, dediyim kimi kütləvi informasiya vasitələri ilə.


Murad:

- İndiyə qədər neçə gömrük işçisini korrupsiya halına görə tutmusunuz?



-Gömrük işçiləri barəsində cinayət işləri, bizim idarə tərəfindən aparılmayıb. Amma gömrük işləri barədə, digər qurum, gömrük sahəsində qanunların icrasına dair nəzarət idarəsi var. Məndə olan məlumata görə, orda olubdu. Amma onların adınnan mən danışa bilmərəm.


AzVision.az:
- Bizdə həm rüşvəti almaq cinayətdir, həm də vermək. Sizcə, bu qanunvericilik dəyişdirilsə, yəni rüşvəti vermək cinayət sayılmasa, daha doğru olmazmı? Çünki o halda rüşvəti verənlər özləri informasiya ötürməkdə maraqlı olacaqlar...



-Hesab edirəm ki, rüşvəti verən şəxslər daha maraqlıdır. Mən qəti razı deyiləm sizlə. Əksinə, mən hesab edirəm ki, belə də olmalıdır.
Məsələn, bizdə belə hal var ki, əgər rüşvəti verən şəxsi məcbur ediblərsə, o məsuliyyətdən azad edilir. Və bizdə belə hallar çoxdu. Məsələn, indi Sabunçuda kollecnən bağlı iş var . Tələbələrin hamısından rüşvət alınıb orda.

Amma biz nəzərə alırıq ki, onlar məcbur olublar, heç birinin məsuliyyətə cəlb olunmasından söhbət gedə bilməz. Amma təsəvvür edin ki, biz birdən-birə elə bir addım atsaq, dünya praktikasında da bu belədir ki, bu olmalıdır. Yəni hər iki tərəf eyni məsuliyyəti daşıyırlar. Bir faktı sizə deyim.

Məsələn, sürücülər var. Dövlət yol polisi saxlayır, haqlı olaraq saxlayır. Özümüz də görürük də, elə cavan uşaqlar var ki, onlara qarşı yol polisi neyləsin?

İndi təsəvvür edin ki, yol polisi saxlayır və saxlayan kimi sürücü çıxarıb rüşvət təklif edir. Belə hallar da olur. Və yaxud yol polisi onu incidir, problemini həll etmək üçün rüşvət təklif edir. Eləməsin də, bir dəfə, iki dəfə..Bir dəfə onu incidərlər, sənədini alarlar. Yavaş-yavaş yol polisi də özünü yığışdıracaq. Bu tərəfdən də hərəkət olmalıdır. Mən Rusiyada işləməyə başlayanda, sovet vaxtında belə kampaniyalar yox idi. Təyyarələrə bilet almaq, bu kampaniyanı istəmirsən, bu birisinə .Məsələn, İstanbula türk hava yolları ilə istəmirsən, AZALnan uç, istəmirsən başqa marşrutnan get. O vaxtı elə deyildi. Onda iki gürcü vətəndaşı Sibirə gəlmişdilər və Moskvaya uçmaq üçün pasportlarının içərisinə sovet dövrünün manatı ilə hər biri 25 manatlıq qoymuşdular və kassirə vermişdilər ki, bizə təcili uçmaq üçün iki bilet lazımdır. Həmin iki nəfər polis tərəfindən saxlanıldı. Onlara 7-8 il azadlqıdan məhrumetmə cazası verdilər. Bundan sonra o regionda ümumiyyətlə, istəyirsən bir ay aeroportun binasında yatmalı da olsan, heç kim pasportun içərisinə pul qoyub,kassirə pul təklif etmirdi. Və rüşvət halı bu cür yığışdırıldı.

Bizdə indi təsəvvür edin, rüşvət təklif edən vətəndaşı cəzalandıraq və sürücülər artıq bu haqda fikirləşəcəklər. Məsələn. Sinqapur, Cənubi Koreya orada da elədi. Vətəndaş fikirləşəcək ki, məni sürücülük hüququndan da məhrum elə, nəinki mən beş-altı il həbsxanada gedim cəza çəkim.
Bu da bir vasitədir. İndi bilirsiniz də vətəndaşların özündən də kütləvi şəkildə bu təklif gəlir axı. Yəni bu problem də var.


Teqlər:  





Xəbər lenti