Qadınların pensiya yaşı 64 olacaq

Qadınların pensiya yaşı 64 olacaq
  01 İyul 2024    Oxunub:1451
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 64 olacaq.
AzVision.az xəbər verir ki, 2024-cü ilin iyul ayının 1-dən 2025-ci ilin 30 iyununadək kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı isə 64 olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Xatırladaq ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

AzVision.az



Teqlər:





Xəbər lenti