11 mindən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi

   11 mindən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verildi
  01 İyul 2024    Oxunub:833
Azərbaycanda taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 mini ötüb.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu günədək təlim keçən taksi sürücülərinın sayı 24 482 təşkil edir.

Qeyd edək ki, bu gündən ölkədə buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələrinin taksi kimi fəaliyyəti qadağan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti