Tusk: "İfrat sağçılar Avropanı ələ keçirirlər"

      Tusk:    "İfrat sağçılar Avropanı ələ keçirirlər"
  01 İyul 2024    Oxunub:1092
Polşanın Baş naziri Donald Tusk Avropa ölkələrində artan ifrat sağçılıq meyillərindən, habelə Avropa Parlamentində keçirilən seçkilər nəticəsində sağçıların üstünlük qazanmasından narahatlığını diqqətə çatdırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

Liberal, mərkəzçi mövqeyə malik Baş nazirin eyhamlı sözlərinə görə, ifrat sağçılar Ukraynadakı müharibədə Rusiyanın qələbəsini gözləyirlər.

"Onların məqsədi yalnız pul və hakimiyyətdir. Avropanın şərqini və qərbini yavaş-yavaş ələ keçirirlər. Bu ölümcül dalğanın qarşısı alınmalıdır", - o vurğulayıb.
Fransada seçkilər: Makron uduzur

Yeri gəlmişkən, dünən Fransada baş tutan parlament seçkilərinin ilk turunda da ifrat sağçı qanada mənsub Milli Birlik Partiyası bloku 33.15% səslə qalib gəlib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Polşa   Avropa   ifrat-sağçılıq  





Xəbər lenti