ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib

ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib
  02 İyul 2024    Oxunub:771
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Dokota Universitetinin professoru Azər Əhmədov Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Li qruplarının şəbəkələri” mövzusunda elmi seminar keçirib
AzVision.az xəbər verir ki, məruzəçi əvvəlcə Li qrupları barədə məlumat verib. Li qruplarının şəbəkələrinin xassələrini sadalayan alim onların bərkliyi, arifmetikliyi və sonluluğu haqqında Margulis teoremlərini şərh edib. Daha sonra isə isotipik Li qruplarında şəbəkə olmayan diskret qruplar barədə iştirakçıları məlumatlandırıb.

Sonda məruzəçi fakültənin professorları Ziyatxan Əliyev, Sadiq Abdullayev, Rəşid Əliyev, Hamlet Quliyev və Əli Əhmədovun mövzu ilə bağlı suallarını cavablandırıb.

AzVision.az




Teqlər:





Xəbər lenti