Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək
![Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək Sabah YAP İdarə Heyətinin iclası keçiriləcək](https://azvision.az/photos/2024/07/1719926895_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg-1719927990.jpg)
Toplantıda parlament seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri təyin olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
AzVision.az
Teqlər: