Əfqanıstan yeni prezidentini seçdi - FOTO

Əfqanıstan yeni prezidentini seçdi - FOTO
  08 İyul 2014    Oxunub:913
Əfqanıstanda prezident seçkilərinin nəticəsi açıqlanıb.
AzVision.az xəbər verir ki, iyunun 14-də Əfqanıstan İslam Respublikasında prezident seçkilərinin ikinci turu keçirilib.

Səsvermənin ikinci turunda mübarizə sabiq xarici işlər naziri Abdullah Abdullah və keçmiş maliyyə naziri Əşrəf Gani Ahmedzey arasında aparılıb.

İyulun 7-də Əfqanıstan Azad Seçki Komissiyası səsvermənin nəticələrini açıqlayıb.

Bildirilir ki, səsvermədə iştirak etmiş seçicilərin 56,49 faizi Ə.G. Ahmedzeyə, qalanları isə A.Abdullaha etimad göstərib.


Teqlər:  





Xəbər lenti