Məhərrəmlikdə toy etmək olarmı? - AÇIQLAMA

   Məhərrəmlikdə toy etmək olarmı? -    AÇIQLAMA
  03 İyul 2024    Oxunub:1993
Məhərrəmlik ayında toy etmək ənənəvi olaraq müsəlman icmalarında, xüsusən də şiə müsəlmanları arasında mədəni və dini səbəblərlə bağlı qeyri-məqbul sayılır. Məhərrəmlik ayı, xüsusilə onun ilk 10 günü, İmam Hüseynin və onun tərəfdarlarının Kərbəlada şəhid olması hadisəsini anmaq üçün matəm ayı hesab edilir. Bu günlərdə müsəlmanlar dərin hüzn və kədər içində olurlar.
Məhərrəmlik nə vaxt başlayacaq?
Bəzi icmaların və ailələrin ənənələrinə görə, matəm ayı ərzində toy etmək mədəni və sosial normaya zidd sayılır və bu, bir növ hörmətsizlik kimi qəbul edilə bilər.

Mövzu ilə bağlı AzVision.az -a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, İslamda Məhərrəmlik ayında toy etməməklə bağlı qadağa yoxdur:


“Kim hansı ayda istəyir toyunu, nişanını edə bilər. Belə şeylər ailələrin verə biləcəyi qərardan asılıdır. Sadəcə olaraq bunu din adı altında insanlara təqdim edirlər. Məhərrəmlik anlayışı, Aşura ilə bağlı məsələ peyğəmbərin dövründə olmayıb. Sonrakı dövrlərdə insanların ortalığa atdığı yanlış yanaşmadır. Məhərrəmlikdə toy etməyən insanlar bizim 3000-dən çox şəhid verdiyimiz həmin günlərdə toy edəcəklər, yoxsa etməyəcəklər?”, -deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Məhərrəmlik   toy   qadağa  





Xəbər lenti