Türkiyə ilə sərhədə sədd çəkilir

Türkiyə ilə sərhədə sədd çəkilir
  08 İyul 2014    Oxunub:782
Bolqarıstan Türkiyədən bu ölkəyə üz tutan qaçqınların qarşısını almaq üçün yeni üsula əl atıb.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bolqarıstan bu məqsədlə Türkiyə ilə sərhədə sədd çəkib.

Bolqarıstanın müdafiə naziri Angel Naydenov mətbuata açıqlamasında bildirib ki, ölkəsinin Türkiyə ilə sərhədində tikilən 30 kilometr uzunluğunda sədd yaxın günlərdə təhvil veriləcək. Bu sədd Suriyadan Bolqarıstana gələn qaçqın axınının qarşısını almaq üçün inşa edilir.

Qeyd edilib ki, Suriyada baş verən münaqişələr nəticəsində Bolqarıstan da kütləvi qaçqın axını ilə qarşılaşıb. Ölkənin iqtisadi böhran vəziyyətində olmasına baxmayaraq, qaçqınlar üçün düşərgələr salınıb, onlara müxtəlif yardımlar göstərilib.




Teqlər:  





Xəbər lenti