Xırdalanda ər həyat yoldaşını bıçaqladı

   Xırdalanda ər həyat yoldaşını bıçaqladı
  04 İyul 2024    Oxunub:676
Abşeronda ailə məişət zəminində dava zamanı qadın ağır xəsarətlər alıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1990-ci il təvəllüdlü Həsənova Şəbnəm Taleh qızına qısqanclıq zəminində çoxsaylı bıçaq xəsarətləri yetirilib.

Qadının hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1985-ci il təvəllüdlü Bayramov Anar Şamil oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti