İlham Əliyev “ŞƏT plus” formatında keçirilən görüşə gəlib - Fotolar
04 İyul 2024
Oxunub:1098
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib.
AzVision.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dövlət başçısını qarşılayıb.