Əhməd özünü təqsirli bildi - Məhkəmə+Video

   Əhməd özünü təqsirli bildi -    Məhkəmə+Video
  04 İyul 2024    Oxunub:1062
İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.

İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

***
Prokurorluq Əhmədin cəzadan azad edilməsini, ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsini məsləhət görüb.

Prokuror qərarı elan etdikdən sonra hakim Səbinə Məmmədzadə Əhməddən özünü təqsirli bilib-bilməməsini soruşub. Əhməd özünü təqsirli bildiyini, anlaqsız vəziyyətdə cinayət törətdiyini deyib. O, ifadə vermək istəməyib.

***
İyulun 23-nə təyin edilmiş iclasda Əhmədin istintaq vaxtı müstəntiqə verdiyi ifadəsi elan ediləcək. Həmin vaxta kimi proses təxirə salınıb.

Qeyd edək ki, ilin ən dəhşətli cinayəti bu ilin fevralında baş verib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.



AzVision.az


Teqlər:





Xəbər lenti