Sabah bəzi rayonlarda qaz olmayacaq

Sabah bəzi rayonlarda qaz olmayacaq
  04 İyul 2024    Oxunub:1354
Ağsu və Kürdəmirdə üç gün müddətində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus Qazıməmməd-Qazax I xəttinin yüksək təzyiqli magistral qaz kəmərinin yeni tikilmiş hissənin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, 05.07.2024-cü il tarixində saat 9:00-dan etibarən 07.07.2024-cü il tarixində işlər başa çatanadək "Ağsu" və "Kürdəmir" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülməsi planlaşdırılan 3 gün müddətində Ağsu rayonunun (Ağsu şəhəri daxil olmaqla, rayonunun 48 kəndi və 205 qeyri-yaşayış sahəsi) və Kürdəmir rayonunun (Kürdəmir şəhəri daxil olmaqla, rayonun 19 kənd, 1 qəsəbə və 204 qeyri-yaşayış sahəsi) böyük hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti