Putin yeni təhlükəsizlik nizamı yaratmağı planlaşdırır - "Bloomberg"

   Putin yeni təhlükəsizlik nizamı yaratmağı planlaşdırır    -  "Bloomberg"
  04 İyul 2024    Oxunub:1452
"Rusiya prezidenti Vladimir Putin Moskva və Pekin arasında dərinləşmiş müttəfiqliyə əsaslanan yeni Avrasiya təhlükəsizlik "arxitekturası"nın yaradılmasını təklif edib. O, bununla da Avropada soyuq müharibədən sonra yaradılmış və ABŞ ilə tərəfdaşlarının hökmranlıq etdiyi nizama meydan oxumaq istəyir".
Bu fikirlər "Bloomberg"də dərc olunan məqalədəndir.

Yeni briqadalar Kiyevi xilas edəcəkmi? - ISW "təchizat böhran"ından yazdı
Müəllif Putinin Astanada keçirilən təhlükəsizlik sammitindəki çıxışından sitat gətirib. Kreml rəhbəri qeyd edib ki, "Rusiyanın əsas məqsədi bəzi ölkələrə birtərəfli üstünlüklər verən köhnəlmiş avrosentrik, avroatlantik modelləri əvəz etməkdir. Belə bir dünya nizamının, köhnə modelin nəticəsi isə hamıya məlumdur - bütün dünyada böhranların sayı artmaqdadır. Bunlardan biri isə təbii ki, Ukraynadır".

Nəşr yazıb ki, Rusiya prezidenti Ukraynada genişmiqyaslı işğala başlamaqla İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük münaqişəni qızışdırmış oldu.

"O, dəfələrlə Kiyev hökumətindən NATO-ya qoşulmaqla bağlı ambisiyalarından əl çəkməyi tələb edib. O NATO ki, Rusiyanın Ukraynaya hücumuna cavab olaraq Finlandiya və İsveçin də birliyə qoşulmasından sonra daha da genişlənib", - "Bloomberg" yazıb.

Yazıda həmçinin Putinin təklif etdiyi yeni Avrasiya təhlükəsizlik sazişinin necə işləyəcəyi ilə bağlı bir neçə detalı təqdim etməsi də xatırlanıb. Kreml rəhbəri ötən ay Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşlarına özünün “Avropa və NATO ölkələri üçün açıq olacağını”, lakin bu siyahıda ABŞ-nin yer almadığını açıqlamışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   NATO   Avropa  





Xəbər lenti