Simonyan indi də qolundan "quşlayıb"

   Simonyan indi də qolundan    "quşlayıb"
  05 İyul 2024    Oxunub:1235
Ermənistan parlamentinin rəhbəri Alen Simonyan növbəti dəfə yerli medianın tənqidinə tuş gəlib. Buna səbəb spikerin qoluna döymə etdirməsi olub.
“Joğovurd” qəzeti bununla bağlı yazıb: “Ermənistan Respublikasının yüksək rütbəli məmurlarından sayılan, ölkənin qanunverici orqanına rəhbərlik edən Alen Simonyan bədəninin görünən hissəsinə yeni döymə etdirib. "ArmLur"un əməkdaşları Milli Assambleya sədrinin dərc olunmuş fotolarını araşdırarkən sağ qolunda qırmızı və mavi rənglərlə vurulmuş döymə aşkar ediblər. Bu döymə bir sıra qədim xalqların mifologiyasında olan bir quşa bənzəyir. Söhbət özünü yandırıb sonradan həyata qayıda bilən mifik "Feniks" quşundan gedir".

Simonyan jurnalistlərlə məzələndi: Paşinyanı devirmək üçün 2337 adam lazımdır
Qəzetin əməkdaşı Milli Assambleya sədrinin köməkçisi Movses Arutyunyandan Simonyanın hansı səbəbdən qolunda quş döyməsi etdirməsinə münasibət öyrənmək istəyib. Jurnalist bunun nə vaxt, harada və hansı məqsədlə edildiyini soruşub.

Arutyunyan isə belə cavab verib: “Bu döymə yeni deyil, qalan suallar isə Alen Simonyanın şəxsi həyatı ilə bağlıdır və onun siyasi fəaliyyətinə aidiyyəti yoxdur”.

Müəllif yazıb ki, köməkçi suala yalan cavab verib. Çünki Milli Assambleya sədrinin ötən il və ondan əvvəlki dövrlərdə dərc olunan fotoşəkillərini araşdırdıqda Alen Simonyanın qolunda heç bir izin, döymənin olmadığı üzə çıxıb. Məsələn, 2023-cü ilin yayında çəkilən fotolar bunu sübut edir.

Əksər insanlar niyə döymə etdirirlər? Əlbəttə ki, döymələrin daha çox cinayətkarlar, məhbəs həyatı yaşayan insanlar üçün maraq kəsb etdiyi deyilir. Lakin bu həmişə belə olmur. Hər halda, günün sonunda spikerin səhifələrindən döyməli fotolarının silinməsi də maraqlı məqam oldu”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Spiker   Döymə  





Xəbər lenti