Məşhur muzdlu qatil Ermənistanda tutulub: Kimi öldürmək istəyib?

Məşhur muzdlu qatil Ermənistanda tutulub:    Kimi öldürmək istəyib?
  05 İyul 2024    Oxunub:1251
Böyük Britaniyada axtarışda olan amerikalı məşhur muzdlu qatil Ermənistanda tutularaq nəzarətə götürülüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, iyulun 2-də 44 yaşlı Eymi B. adlı şəxs Kotayk vilayətinin Proşyan kəndi ərazisində saxlanılıb. "O, Böyük Britaniyada qətl törətmək və qanunsuz silah saxlamaqda ittiham olunaraq axtarışa verilib. Qadın hazırda həbsdədir", - məlumatda qeyd edilib.

Ermənistan mətbuatında məşhur qatilin Proşyanda peyda olması onun qalmaqallı siyasi qətlə hazırlaşması ilə əlaqələndirilib. Bəzi saytlar iddia ediblər ki, qadın sadəcə gizlənmək üçün Ermənistana gəlibmiş.


Eymi kimdir?


44 yaşlı Eymi 2019-cu ilin avqustunda Amerikanın Miluki şəhərindəki Viskonsin ştatından Böyük Britaniyaya uçub. Qadının bu səfəri onun dostları və ailəsi üçün adi bir tətilə bənzəyib. Çünki qatil daim sosial şəbəkələrdə harada və necə istirahət etməsi barədə statuslar paylaşırmış. Bununla belə, yalnız iki nəfər onun "səyahət"inin əsl məqsədini bilib. Məqsəd isə sadəcə yaxşı planlaşdırılmış sui-qəsd olub.

"Qatil Emin" hərbi xidmətdə olarkən ona niyə cinayət işi açılmışdı?
Amerikalı qadının qurbanları Birminqemdəki geyim butikinin sahibi Sikander Əli ilə onun atası Aslat Mahamud olmalı imiş. Eymi qətllə bağlı sifarişini 30 yaşlı Məhəmməd Nazir və onun 56 yaşlı atası Məhəmməd Əsləmdən alıb. İddia olunur ki, 2018-ci ilin yazında Əliyə məxsus butikdə bu dörd kişinin iştirakı ilə dava baş verib. Sifariş də bu insidentdən qaynaqlanır.

Eymi qatilinin yanına gəlməmişdən öncə peşəkarcasına davranaraq əvvəlcə Mançester, London, Derbi və Brayton şəhərlərində olub. Daha sonra o, Sikanderin avtomobilinin izləyib. Qadın heç nə olmamış kimi icarəyə götürdüyü “Mersedes”dən düşərək əlində silahla iş adamının maşınına tərəf irəliləyib. Bununla belə, Sikanderin bəxti gətirib. Eymi onu düz başından vurmaq istəyəndə güllə tapança sıxılıb qalıb, atəş açılmayıb. Sui-qəsd zamanı amerikalı qatil hicablı olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qatil   Ermənistan  





Xəbər lenti