"Qatil Emin" hərbi xidmətdə olarkən ona niyə cinayət işi açılmışdı?

   "Qatil Emin" hərbi xidmətdə olarkən ona niyə cinayət işi açılmışdı?
  09 Fevral 2024    Oxunub:2849
Xəbər verdiyimiz kimi, dünən Zaqatala rayonu Göyəm kəndində “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.
Göyəm kənd orta məktəbinin şagirdləri Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub.
Şagirdləri vuran "Qatil Emin"in FOTOSU


Sürücülük hüququ olmadan avtomobil idarə edən Emin İbrahimov törətdiyi ağır cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulub.

DİN-in Baş DYP İdarəsinin məlumatına görə, hadisə zamanı sükan arxasında olan Emin İbrahimov əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunub.

"Şagirdləri vuran sürücü "qatil Emin" ləqəbi ilə tanınır" - Dəhşətli qəzanın təfərrüatı

Bəs Cinayət Məcəlləsinin 332.1-ci maddəsi hansı cinayət əməllərinə şamil edilir və hansı cəzalar tətbiq edilir?

İlk olaraq qeyd edək ki, 332.1 maddəsi "Hərbi xidmət əleyhinə olan cinayətlər" anlayışına daxildir.

Bu maddə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurma zamanı tətbiq edilir. 332.1 maddəsi tətbiq edilən şəxs bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlanma və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hüquqşünas Rahim Zakiroğlu deyir ki, həmin maddədə şəxsin sağlamlığına vurulan yüngül zərərdən söhbət gedir.

"Bu şəxslər məhkəmənin hökmü əsasında intizam xarakterli hərbi hissədə saxlanılırlar. Saxlanıldığı müddət həqiqi hərbi xidmət müddətinə aid edilmir. Tutaq ki, şəxs bir il ərzində xidmət edib və onunla bağlı iki il ərzində intizam xarakterli hərbi hissədə saxlanma hökmü verilib. O zaman şəxsin hərbi xidmət müddəti dondurulur və məhkumluq ödənildikdən sonra davam edir. Bir məsələd var ki, həmin şəxslər nadir hallarda yenidən müddətli hərbi xidmətə cəlb olunurlar".

CM-nin 332.1 maddəsi təkmilləşdirilib. Əvəllər inzibati məsuliyyət hesab olunurdu. Sonradan təkmilləşdirilərək cinayət məsuliyyətinə daxil edildi”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti