Çin: "ABŞ-nin təklifini qiymətləndiririk"

    Çin:  "ABŞ-nin təklifini qiymətləndiririk"
  02 May 2025    Oxunub:664
ABŞ ilə Çin arasında idxalda tariflərin qarşılıqlı surətdə artırılması ilə əlaqədar yaranan gərgin vəziyyət fonunda rəsmi Pekin Vaşinqtondan gələn müzakirə təklifini dəyərləndirdiyini bildirib.
Bu barədə Çinin Ticarət Nazirliyi bəyanat yayıb. Bildirilir ki, ABŞ hökuməti danışıqlar təklifini artıq bir neçə kanal vasitəsilə Pekinə ötürsə də, Pekin Donald Tramp administrasiyasının "səmimiliyinə" şübhə ilə yanaşır.
Vaşinqton Pekini danışıqlar masasına dəvət edir

"ABŞ, həqiqətən də, özünün müzakirə təklifində səmimidirsə, səhvləri düzəltməli, birtərəfli tarif artımlarını dayandırmalı, konkret əməli iş görməlidir", - bəyanatda vurğulanır.

Rəsmi Pekin diqqətə çatdırır ki, bu şərtlər yerinə yetirilməzsə, iki ölkə arasında qarşılıqlı etimad zədələnə bilər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp keçən ayın əvvəlində bir sıra ölkə, o cümlədən Çin üçün idxal tariflərini artırmaqla bağlı fərman imzalayıb. Fərmana əsasən, tariflər 145%-ə çatdırılıb. Pekin bu addıma cavabən ABŞ üçün gömrük rüsumunu 125%-də qərarlaşdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Çin   ABŞ   tarif-müharibəsi   danışıqlar  





Xəbər lenti