Serbiyada tələbələr yolları bağladı

Serbiyada tələbələr yolları bağladı
  01 May 2025    Oxunub:665
Serbiyada tələbələr, həmkarlar ittifaqı üzvləri və digər etirazçılar Belqradın mərkəzində yol ayrıcını zəbt edərək, ölkənin hökumət binası yaxınlığında Nemanjina və Knez Milos küçələrini bağlayıblar.
AzVision.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumatda deyilir ki, nəqliyyatın hərəkəti kəsilib, nümayişçilər səs-küy salır, fit çalır, fəalların və həmkarlar ittifaqı üzvlərinin binanın qarşısında səhnədə çıxışları gözlənilir.

Serbiyada Novi Sad şəhərinin dəmir yolu vağzalında çardağın vağzal binasının giriş qapısının üzərinə çökməsi nəticəsində baş vermiş insidentlə bağlı aylardır kütləvi etirazlar davam edir.

Ölkə prezidenti Aleksandr Vuçiç etirazlar zamanı hökuməti zorakılıqla devirmək məqsədi ilə rəngli inqilaba cəhd edildiyini açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti