Sərhədi pоzan 43 əcnəbi saxlanılıb

   Sərhədi pоzan 43 əcnəbi saxlanılıb
  02 May 2025    Oxunub:695
Dövlət Sərhəd Xidməti tərəfindən 2025-ci ilin aprel ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.
Bu barədə AzVision.az -a DSX-dan məlumat verilib. Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 55 nəfər saxlanılıb.

Onların 12-si Azərbaycan, 21-i Pakistan, 3-ü İran, 5-i Əfqanıstan, 2-i Türkiyə, 2-i Çin, 2-i Banqladeş, 1-i Özbəkistan, 1-i Konqo Respublikası, 1-i Konqo Demokratik Respublikası, 1-i Əlcəzair, 1-i Nepal, 1-i Böyük Britaniya, 1-i Mərakeş, 1-i Şri-Lanka vətəndaşı olub.

İran İslam Respublikasından 2 (iki) pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 (iki) nəfər sərhəd pozucusu zərərsizləşdirilib, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti