Tramp 8 mayı Zəfər Günü elan edib

   Tramp 8 mayı Zəfər Günü elan edib
  02 May 2025    Oxunub:571
ABŞ Prezidenti Donald Tramp ölkədə 11 noyabr tarixinin Birinci Dünya müharibəsində Zəfər Günü, 8 may tarixini isə İkinci Dünya müharibəsində Zəfər Günü kimi qeyd olunmağa başlayacağını bildirib.
O bu barədə özünün "Truth" hesabında yazıb. O diqqətə çatdırıb ki, sözügedən tarixlər Vaşinqtonun bir sıra mütəffiqi və dostu tərəfindən qeyd olunur.

"Halbuki biz İkinci Dünya müharibəsində qələbə üçün istənilən ölkədən daha çox iş görmüşük. Hər iki müharibədə qələbə çalmışıq. Heç kim güc, cəsarət və ya hərbi ehtişam baxımından bizimlə yarışa bilməmişdi. Hərçənd qələbələrimizi bayram etməmişik. Zəfərlərimizi yenidən qeyd etməyə başlayacağıq!", - Donald Tramp vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   qərar   zəfər-günü  





Xəbər lenti