The Atlantic: “Tramp Putindən heç bir güzəşt ala bilməyib”

      The Atlantic:    “Tramp Putindən heç bir güzəşt ala bilməyib”
  30 Aprel 2025    Oxunub:271
ABŞ prezidenti Donald Trampın 3 aylıq danışıqlardan sonra niyə Rusiya prezidenti Vladimir Putindən bir dənə də güzəşt ala bilməməsi və indi “bu prosesdən çıxmaqla” hədələməsi sualının cavabı Amerika lideri, hətta beynəlxalq münasibətlərin yeni dövrü haqqında çox şey deyir.
AzVision.az xəbər verir ki, “The Atlantic” jurnalında dərc olunan materialda mahiyyət etibarilə Rusiyanın istədiyi hər şeyi aldığı, lakin bunun əvəzində heç nə vermədiyi bildirilir.

“İndi formalaşmaqda olan sövdələşmə birtərəfli qaydada o qədər Putinin xeyrinədir ki, Tramp administrasiyası Rusiyaya güzəştlər “icad etməli” olur. Tramp özü bunu Putinin nəzəri olaraq bütün Ukraynanı ələ keçirməməyə razılıq verməsi güzəşti adlandırıb. Halbuki, bu Rsuiaynın indiki vəziyyətdə edə bilməyəcəyi bir şeydir. Bu ilk növbədə, Trampın özünün düşündüyü qədər böyük danışıqçı olmadığını göstərir”, - məqalə müəllifləri vurğulayır.

Nəşr xatırladır ki, hazırkı mərhələdə Ukrayna ələ keçirdiyi ərazinin bir hissəsindən və ya hamısından imtina etməli və bunun müqabilində Rusiyadan gələcək təcavüzdən müəyyən təhlükəsizlik təminatları almalı olacaq. Guya övdələşməyə çox ehtiyacı olan Rusiya isə belə şərtlərlə razılaşacaq. Amma bu, baş vermir.

Bu, onu deməyə əsas verir ki, bəlkə də Putin heç vaxt Ukrayna ilə müharibəyə əvvəldən fasilə vermək niyyətində olmayıb, amma Tramp bunu aydınlaşdırmağa belə cəhd göstərməyib.

- Uzunmüddətli perspektivdə Putin zəifdir, qısamüddətli vəziyyətdə isə Ukrayna ondan daha da zəifdir və Putin öz gücü tükənməmiş onun dağılmasına ümid edir. Putin həmişə vaxtın onun tərəfində olduğuna inanırdı. Bu fikri dəyişmək üçün Putin Trampın uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməkdə nə qədər ciddi olduğunu yoxlamalı idi. Onda Putin özünə sual verməli olacaqdı: ordu və ya cəmiyyət dağılmadan o, daha neçə il müharibə apara bilər? Hətta onda da Putin müharibəni davam etdirmək varinatını seçə bilərdi, lakin heç olmasa Trampa istədiyini vermək şansı yaranrdı”, - jurnal yazır.

Müəlliflərin fikrincə, belə bir sövdələşməyə nail olmaq üçün Tramp inandırıcı şəkildə blef etməli idi - imtina edildiyi halda Ukraynanı dəstəkləməyə hazır olduğunu bildirmək lazım idi. Bu, onun əsas kozır kartı idi. Amma o, bundan heç vaxt istifadə etmədi.

Nəticədə, Tramp işğal olunmuş Krımı Rusiya kimi tanımaqdan imtina etdiyinə görə Ukrayna lideri Vlolodimir Zelenskini tənqid atəşinə tutanda, Putin Kiyevdəki mülki hədəflərə ballistik raketlər atdı. Trampın Putinə növbəti “Vladimir, dayan!” ifadəsi yəqin ki, dinc insanlara rəhm etməyi nəzərdə tutan səmimi çağırış deyildi.

"Bu, ukraynalıları vurmamaq yox, bütün dünyanın gözü qarşısında Trampı aşağılamağa son qoymaq yalvarışı idi. Putinin bu gileyli yazını necə məmnuniyyətlə oxuduğunu təsəvvür etmək çətin deyil. Tramp, görünür, sadəcə olaraq, Rusiya ilə münasibətlərin normallaşmasına keçmək üçün Ukrayna məsələsini bağlamaq istəyir”, - məqalədə vurğulanırr.

Müəlliflərin fikrincə, əgər Putin həqiqətən də ABŞ ilə tərfədaşlı istəsəydi, heç olmasa, hamının gözlədiyi kimi ona qarşı jest edərdi. Əvəzində o, Trampın təslimçiliyinə mülki hədəfə raket zərbəsi endirməklə cavab verdi.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Tramp   Putin   güzəştlər  





Xəbər lenti