Pulsuzlayan BMT islahatlar aparacaq

   Pulsuzlayan BMT islahatlar aparacaq
  02 May 2025    Oxunub:696
Büdcəsinin kəskin azalması fonunda Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumun səmərəliliyini artırmaq məqsədi ilə əsaslı inzibati islahatlar həyata keçirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, müvafiq sənədlə tanış olan “Reuters” agentliyinin yazdığına görə, BMT-nin yenidən təşkilatlanmasına səbəb ABŞ-nin xarici ölkələrə yardımı azaltması olub.

“Ciddi məxfi” qrifi ilə qeydiyyatdan keçmiş altı səhifəlik sənəddə digər məsələlərlə yanaşı, BMT-nin onlarla ixtisaslaşmış qurumlarının dörd əsas departamentdə birləşdirilməsini ehtiva edən təkliflər siyahısı var: sülh və təhlükəsizlik, humanitar məsələlər, davamlı inkişaf və insan hüquqları.

“Həm böyük, həm də kiçik dəyişiklikləri və yenidən təşkilatlanmanı əhatə təkliflərin qəbul ediləcəyi halda, bu, BMT-nin onilliklər ərzində ən genişmiqyaslı islahatı olacaq”, - “Reuters” agentliyini qiymətləndirilməsində vurğulanır.

Eyni zamanda, BMT-nin QİÇS-lə mübarizə agentliyini Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birləşdirmək və iclaslarda altı tərcüməçiyə ehtiyacın azaldılması təklif olunur. Digər təklifdə isə BMT-nin qurumu olmayan Ümumdünya Ticarət Təşkilatının (ÜTT) BMT-nin inkişaf agentlikləri ilə birləşdirilməsi nəzərdə tutulur.

- Bu təkliflər arasında BMT-nin bəzi əməkdaşlarının Nyu-York və Cenevrədən daha ucuz şəhərlərə köçürülməsi də var. BMT-nin yüksək səviyyəli məmurlarından mayın 16-dək bu şəhərlərdən kənarda öz vəzifələrini icar edə biləcək əməkdaşların siyahısının hazırlamalası xahiş olunub”, - “Reuters” agentliyi yazır.

İnzibati islahatlarla bağlı memorandumun mart ayında BMT-nin baş katibi Antonio Quterreş tərəfindən yaradılmış işçi qrup tərəfindən hazırlandığı və məqsədin təşkilatın öz xərclərinin səmərəliliyini artırmaq olduğu bildirilir.

BMT hazırda 80 illik tarixində ən ciddi maliyyə böhranlarından biri ilə üzləşib. İlin əvvəlinə ən böyük donoru olan ABŞ-nin BMT-nin adi büdcəsinə icbari ödənişlər şəklində 1,5 milyard dollar, habelə sülhməramlı missiyalar üçün ödənişlər şəklində 1,2 milyard dollar borcu yığılıb.

Büdcəsində 58 milyon avro itirən BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi işçilərinin 20%-ni ixtisar edib. UNICEF büdcənin 20%, BMT-nin Miqrasiya Agentliyinin isə 30% azaldılmasını proqnozlaşdırır ki, bu da 6000 iş yerinə təsir göstərəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: BMT   maliyyə   islahat  





Xəbər lenti