Azərbaycanda güclü zəlzələ gözlənilir? - Rəsmi cavab
“Bu zəlzələlərin əksəriyyəti xırda təkanlar olduğuna görə Yer səthinə gəlib çatmır və insanlar tərəfindən hiss olunmur. Bununla belə seysmik bölgələrimizdə vaxtaşırı maqnitudası 4, bəzən 4-dən bir qədər çox, 5 və ya 5-dən bir qədər yüksək olan, insanlar tərəfindən hiss olunan zəlzələlər də qeydə alınır.
İl ərzidə seysmik stansiyalarımız tərəfindən Azərbaycan ərazisində 4000-5000, bəzi hallarda isə 6000-ə yaxın zəlzələ qeydə alınır ki, onların arasında maqnitudası 4-5 olan hiss olunan zəlzələlər də olur ki, bu da yuxarda qeyd etdiyim kimi ərazimizin aktiv bölgədə yerləşməsi ilə bağlıdır. Yəni burda qeyri-adi və proqnozluq heç nə yoxdur. Bu, bütün seysmik baxımdan aktiv olan bölgələr üçün xarakterik bir haldır.
O ki qaldı, Azərbaycanda güclü, dağıdıcı zəlzələlər gözlənildiyi barədə “proqnozlara” bildirmək istəyirəm ki, zəlzələ bu günə qədər dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Heç kim deyə bilməz ki, zəlzələ baş verəcək yaxud baş verməyəcək. Çünki bütün dünyada zəlzələnin dəqiq proqnozu yoxdur. Bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin dərin qatlarında yerləşməsi ilə bağlıdır”.
Qurumdan həmçinin bildirilib ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələlərin baş verəcəyinə dair verilən “proqnozlar” ın heç bir elmi və məntiqi əsası yoxdur və vətəndaşlar bu cür əsassız məlumatlardan narahat olmasınlar.
Qeyd edək ki, bəzi mətbu orqanlarda Azərbaycanda güclü zəlzələlərin olacağı ilə bağlı məlumatlar yayılıb. Həmin məlumatlarda bu ilin seysmik və tektonik baxımından mürəkkəb il olacağı, tez-tez hiss olunan zəlzələlərin baş verəcəyi bildirilirdi.
AzVision.az
Teqlər: