Misir millisinin futbolçusu oyun zamanı vəfat etdi

   Misir millisinin futbolçusu oyun zamanı vəfat etdi
  06 İyul 2024    Oxunub:1348
Misir millisinin və “Fyuçe”nin futbolçusu Əhməd Refaat dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

31 yaşlı hücumçu Misir çempionatının 11-ci turunda “Əl-İttihad”a qarşı keçirilən matç zamanı yerə yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Onun infarkt keçirdiyi məlum olub.

Qeyd edək ki, Misir millisində 7 matçda 2 qol vuran Əhməd Refaat peşəkar karyerasında 211 oyun keçirib.

AzVision.az


Teqlər:





Xəbər lenti