MSK YAP-ın və digər 6 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı
Daha sonra YAP-ın 77 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi qeydə alınıb.
Eyni zamanda iclasda Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Müsavat Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
AzVision.az
Teqlər: