AZAL vətəndaşlara xəbərdarlıq edir

   AZAL vətəndaşlara xəbərdarlıq edir
  06 İyul 2024    Oxunub:1634
Son zamanlar sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur.
AzVision.az xəbər verir ki, kibercinayətkarlar QSC-nin adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, "investisiya layihəsi”nin təbliğatını apararaq, saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.

Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.

"Azərbaycan Hava Yolları” ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.

Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir.

AzVision.az



Teqlər:





Xəbər lenti