Avro-2024: İngiltərə millisi yarımfinala yüksəlib

Matçın əsas vaxtı heç-heçə ilə başa çatıb - 1:1. Əlavə vaxtda hesab dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq (5:3) oynayan ingilislər yarımfinala adlayıblar.
İngiltərə millisinin 1/2 finaldakı rəqibi Niderland-Türkiyə cütünün qalibi olacaq.
Qeyd edək ki, daha əvvəl İspaniya və Fransa yığmaları yarımfinala vəsiqə qazanıblar.
AzVision.az
Teqlər: