İlham Əliyev Danteni qəbul etdi

İlham Əliyev Danteni qəbul etdi
  19 Aprel 2013    Oxunub:1219
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Rivanın etimadnaməsini qəbul edib.
Səfir Karlos Dante Riva fəxri qarovul dəstəsinin qarşısından keçib
etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı son illər ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, parlamentlərarası və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu dedi.

Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini dedi. Dövlətimizin başçısı səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəfdaşlıq əlaqələrimizin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Səfir Karlos Dante Riva ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən səhiyyə, kənd təsərrüfatı, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu vurğuladı. Əməkdaşlığımızın genişləndirilməsində birgə layihələrin önəmini qeyd edən diplomat bu istiqamətdə səylərini əsirgəməyəcəyini dedi.

Qalereya




Teqlər:  





Xəbər lenti